"Nant" baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisi istefaya göndərib.
Amma hələ ki, klub tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Fransa mətbuatının iddiasına görə, 2021-ci il qış fasiləsindən sonra "Nant"a rəhbərlik etmiş Kombuare artıq düşərgəni tərk edib. Rəhbərlik uğursuz nəticələrə görə bu addımı atıb.
"Nant" Fransa çempionatında 17-ci pillədə qərarlaşıb.