"Əl-Hilal"ın prezidenti: "Messi haqda sual verməyin"

17:33 - 14 May 2023

"Əl-Hilal"ın prezidenti Fahad Bin Saad Bin Nafel PSJ-nin futbolçusu Lionel Messinin transfer ediləcəyi ilə bağlı yayılan xəbərləri şərh etməkdən istəməyib.

Sportal.az xəbər verir ki, “goal”a danışan klub rəsmisi argentinalı barədə verilən suala cavablamaqdan imtina edib:

"Mənə Messi haqda sual verməyin. Heç bir məlumat verməyəcəm. Rəsmi nəsə olsa, bunu mətbuat xidmətində görəcəksiniz".

Bir müddət əvvəl Messinin "Əl-Hilal"a keçəcəyi və illik 500 milyon dollardan çox maaşla müqavilə imzalamağa yaxın olduğu bildirilirdi.

Xəbər xətti