"Yuventus" və Fransa millisinin üzvü yenidən zədələndi

10:19 - 15 May 2023

"Yuventus"un aparıcı üzvü Pol Poqba yenidən zədələnib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi İtaliya A Seriyasının 35-ci turunun "Kremoneze"yə qarşı görüşündə (2:0) ötürmə verərkən zədələnib.

Həmin epizodda zədələnən fransalı oyuna davam edə bilməyib və məcburiyyətdən komanda yoldaşı ilə əvəzlənib. Zədələndiyi üçün Pol göz yaşlarını saxlaya bilməyib. 

Bu mövsüm zədə səbəbindən cəmi 10 oyunda iştirak edə bilmiş 30 yaşlı futbolçunun mövsümü başa vurduğu iddia olunur. 

Xəbər xətti