Fransanın PSJ klubu Marko Verratti ilə yollarını ayırmaq istəyir.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi klubla 2026-cı ilin yayına kimi müqaviləsi olan italiyalı yarımmüdafiəçini transferə çıxarıb. Bu barədə "Le Parisien" nərşi məlumat yayıb. Liqa 1 klubu yayda 30 yaşlı futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, PSJ Marko Verrattini 2012-ci ilin yayında "Peskara"dan transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi