Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Paye beş oyunluq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, buna səbəb 36 yaşlı yarımmüdafiəçinin ölkə çempionatının 34-cü turunun "Lans"la matçında rəqibin məşqçisi Yannik Kauzakı şillə ilə vurması olub. Beş oyunluq cəzanın ikisi şərtidir.
Qeyd edək ki, "Lans" - "Marsel" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi