"Atlant"ın yarımmüdafiəçisi Luis Arauxo "Flamenqo"ya keçib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, transfer məbləği 9 milyon avro olub.
Müqavilə 2023-cü il iyulun 3-də qüvvəyə minəcək. 26 yaşlı braziliyalı 2021-ci il avqustun 5-də "Lill"dən 11,5 milyon avro qarşılığında ABŞ klubuna keçmişdi.
Arauxo "Atlant"ın heyətində 60 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. O, 2020/2021 mövsümündə "Lill"də Fransa Liqa 1-nı qazanmışdı.
saytlarin hazirlanmasi