Fransa yüksək liqasını tərk edəcək üçüncü komandanın da adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Trua" Liqa 1-dəki yerini qoruyub-saxlamağı bacarmayıb.
Belə ki, adçəkilən komanda "Strasburq"la 1:1 oynadığı üçün Liqa 2-yə yuvarlanması rəsmiləşib.
Əlavə edək ki, "Trua" ilə yanaşı "Anje" və "Ayaçço" da Liqa 1-də qala bilməmişdi.
saytlarin hazirlanmasi