Bu mövsüm "Kristal Pelas"da icarə əsasında çıxış edən PSJ-nin qapıçısı Keylor Navas gələn mövsüm də İngiltərədə qala bilər.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, kosta-rikalının xidmətində Premyer Liqa klubları maraqlıdır.
Belə ki, "Tottenhem" və "Çelsi" təcrübəli qapıçını transfer etmək istəyir. Artıq London klubları PSJ ilə danışıqlara başlayıb.