PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin performansını dəyərləndirib.
Sportal.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis Argentina millisinin kapitanı barədə bunları deyib:“Messi mövsümboyu məşqlərə sadiqlik baxımından qüsursuz idi. Leo futbolun özü deməkdir. Bu, həqiqətən belədir. Onu hər gün məşqdə və matçlarda görürdüm. Bu mövsüm onun çox maraqlı statistikası var. Messi ötən mövsümlə müqayisədə daha yaxşıdır".
Xatırladaq ki, argentinalının PSJ ilə müqavilə yayda başa çatır.
saytlarin hazirlanmasi