Lionel Messinin mövsümün sonunda PSJ-dan ayrılacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib. O, argentinalı hücumçunun Liqa 1-də "Klermon"a qarşı sonuncu dəfə PSJ forması ilə meydana çıxacağını bildirib:
"Dünyanın ən yaxşı futbolçusunun baş məşqçisi olmaq şərəfini yaşadım. Sabah "Klermon"a qarşı keçirəcəyimiz matç Messinin "Park De Prens"də son oyunu olacaq".
Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edirdi. 35 yaşlı futbolçu Fransa klubunun heyətində meydana çıxdığı 74 rəsmi matçda 32 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi