PSJ-nin baş məşqçi postundan göndəriləcəyi gözlənilən Kristof Qaltye böyük ehtimalla uzun müddət işsiz qalmayacaq.
Sportal.az "II Mattino”ya istinadən xəbər verir ki, Paris klubuna lazım olmayacaq mütəxəssisə "Napoli"dən təklif gəlib. Luçano Spalettinin gedişindən sonra yayda boş qalacaq "eyni vəzifəyə iddialılardan biri məhz Qaltyedir.
İtaliya çempionunun rəhbərliyi artıq 56 yaşlı məşqçi ilə danışıqlara başlayıb. Aurelio De Laurentis fransalının yüksək maaş tələb etməsinə baxmayaraq, onunla işbirliyinə başlamaq niyyətindədir.
saytlarin hazirlanmasi