Kristof Qaltye ilə yollarını ayırmağa hazırlaşan PSJ yeni baş məşqçi axtarışını davam etdirir.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi ikinci dəfə Zinədin Zidanla görüşüb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb. 51 yaşlı mütəxəssis ilk dəfə olduğu kimi bu dəfə də "yox" cavabı verib. Zidan PSJ-də işləmək istəmədiyini rəhbərliyə bildirib.
Liqa 1 təmsilçisi digər namizədlərlə danışıqları davam etdirir. PSJ rəsmiləri baş məşqçi postu üçün Xabi Alonso, Luis Enrike və Yulian Naqelsmannın arasınan seçim edəcək.
saytlarin hazirlanmasi