PSJ-nin yay transfer planı bəlli oldu

22:16 - 8 İyun 2023

PSJ yayda yeddi transfer həyata keçirəcək. 

Sportal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi yalnız bir futbolçu üçün böyük məbləğ ödəməyə hazırdır. Belə ki, Fransa nəhəngi Manuel Uqarteyə görə "Sportinq"ə 60 milyon avro ödəyəcək.

Marko Asensio isə komandaya azad agent kimi qoşulacaq. Digər beş transfer üçün isə 100 milyon avro ayrılacaq.

Xəbər xətti