Fransanın "Nitsa" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Ross barkli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Ross Barkli 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Nitsa"ya keçmişdi. 29 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi