Mbappedən ayrılıq iddialarına cavab

21:36 - 13 İyun 2023

PSJ-dən ayrılacağı iddia olunan Kilian Mbappe məsələ ilə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu sosial şəbəkə hesabında etdiyi paylaşımda 2023/2024 mövsümünü Paris təmsilçisində keçirəcəyini bildirib:

"Yalanlar... Hər zaman eyni şeylər baş verir. Yalan nə qədər böyük olsa, o qədər inandırıcı görünür. Daha əvvəl də dediyim kimi çox xoşbəxt olduğum PSJ-də oynamağa növbəti mövsümdə də davam edəcəyəm".

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransalı forvardın klubla müqaviləsi 2024-cü ilin yayına kimidir. Tərəflər istəsə, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.

Xəbər xətti