PSJ-dən ayrılsa, "Napoli" ilə anlaşacaq

11:04 - 14 İyun 2023

PSJ-nin baş məşqçisi Kristof Qaltye “Napoli”ni çalışdırmağa yaxındır.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, 56 yaşlı məşqçinin xidmətində klubun sahibi Aurelio De Laurentis maraqlıdır.Fransalı ilə yanaşı, Neapol təmsilçisinin baş məşqçi postuna namizədlər arasında Rudi Qarsiya və Paulo Souza da var.

PSJ rəhbərliyi Qaltyenin 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsinə xitam vermək variantını nəzərdən keçirir. “Napoli” isə Luçano Spaletti ilə yollarını ayırıb. Halbuki, italiyalı məşqçi komandanı 33 ildən sonra ilk dəfə A Seriyasının qalibi edə bilmişdi.

Xəbər xətti