Kristrof Qaltyeni istefaya göndərməyə hazırlaşan PSJ yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Yulian Naqelmannla danışıqları uğursuz nəticələnən Paris təmsilçisi Portuqaliyaya üz tutub. Fransızlar baş məşqçi postuna "Portu"nu çalışdıran Serji Konseysaunu gətirmək istəyir. Bu barədə "Record" nəşri məlumat yayıb.
PSJ rəhbərliyi portuqaliyalı mütəxəssisin müqaviləsində yer alan 18 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Serji Konseysau 2017-ci ildən "Portu"nu çalışdırır. "Əjdahalar" 48 yaşlı məşqçinin rəhbərliyi altında 3 dəfə Portuqaliya çempionu olub.
saytlarin hazirlanmasi