Atdan yıxılaraq kəll-beyin travması alan PSJ-nin qapıçısı Serxio Rikodan xəbər var.
Sportal.az xəbər verir ki, ispan qolkiepr komadan çıxıb. Bu barədə futbolçunun həyat yoldaşı Alba Silva İspaniya mətbuatına məlumat verib:
"Nəhayət tunelin sonunu görürük. Addım-addım gedirik. Lap əvvəldən onun bu vəziyyətdən çıxacağını bilirdim. Çünki, o, bir çempionadur".
Qeyd edək ki, Serxio Riko PSJ çempion olduqdan sonra Sevilyada istirahət edərkən atdan yıxılaraq başından ağır xəsarət almışdı. 29 yaşlı "əlcək sahibi" 3 həftədir ki, komada idi.
saytlarin hazirlanmasi