İngiltərə və "Mançester Yunayted"in hücumçusu Markus Reşford Fransaya yollana bilər.
Sportal.az "Sports Zone" portalına istinadən xəbər verir ki, onun PSJ-yə keçidi Kilian Mbappenin qərarından asılıdır.
Belə ki, fransalı "Real"a keçəcəyi təqdirdə, Paris təmsilçisi Reşfordun transferini reallaşdıracaq.
Fransa nəhəngi ingilis üçün qarşı tərəfə 80 milyon avro ödəyəcək. 25 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi