Kilian Mbappe PSJ rəhbərliyinin onun istəklərini yerinə yetirməməsindən narazı qalıb və vəziyyət yenə gərginləşib.
Sportal.az "Eurosport"a istinadən xəbər verir ki, Fransa millisinin üzvünə Zinəddin Zidanın kluba baş məşqçisi təyin olunacağı vəd edilib. Lakin bu, baş tutmayıb. Mbappe həmçinin PSJ rəhbərliyinin Robert Levandovskini transfer edəcəyini gözləyib. Hətta Levandovski "Bavariya"dan "Barselona"ya keçməzdən əvvəl Kilian ona zəng vuraraq Paris klubuna dəvət edib. Lakin rəhbərlik Mbappeyə vəd edilən heç bir sözü yerinə gətirməyib. Bu isə onun narazılığı ilə qarşılanıb. Ehtimal edilir ki, bunlar Mbappenin komandadan ayrılmasına səbəb olacaq.
Qeyd edək ki, Mbappe ilə Paris klubunun rəhbərliyi arasında 2022/2023 mövsümünün startına qədər münasibətlər gərgin vəziyyətdə olub və hücumçu Fransa Liqa 1-in ilk turunu zədə səbəbindən deyil, məhz fikir ayrılığına görə buraxıb.
Xatırladaq ki, bir müddət əvvəl Mbappe PSJ ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq variantından imtina etmişdi.
saytlarin hazirlanmasi