"Marsel" Mərakeş millisinin üzvü Amin Hariti transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ötən mövsüm Fransa klubunda icarə əsasında oynayıb.
"Marsel" rəhbərliyi 26 yaşlı futbolçu ilə işbirliyini davam etdirmək istəyib və onun transfer hüququna sahib çıxıb.
Amma müqavilənin təfərrüatları açıqlanmayıb. "Nant"ın yetirməsi olan Harit 2017-ci ildə "Şalke"yə keçmişdi. Harit 2017-ci ildən Mərakeş millisinin üzvüdür.
saytlarin hazirlanmasi