Fransa millisinin veteran futbolçusu Patrik Vieyra özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, fransalı "Strasburq"u çalışdıracaq.
Bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat yayıb. Onunla üç illik müqavilə imzalanıb.
Vieyra əvvəllər “Mançester Siti” (U-23), “Nyu-York Siti”, “Nitsa” və “Kristal Pelas”da baş məşqçi kimi işləyib.
saytlarin hazirlanmasi