Fransanın PSJ klubu baş məşqçi Kristof Qaltye ilə bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi 57 yaşlı mütəxəssislə yola davam etməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Liqa 1 təmsilçisi baş məşqçi, onun köməkçiləri Tyerri Oleksiak və Joao Sakramento ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, Kristof Qaltye 2022-ci ilin yayında PSJ-nin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Fransa çempionu olub.
saytlarin hazirlanmasi