"Səbail"dən bir gündə ikinci legioner transferi

19:09 - 5 İyul 2023

2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "dənizçilər" Pedro Nunonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Türkiyənin "Adanaspor" klubunda çıxış edib.

Xəbər xətti