PSJ-nin yeni baş məşqçisi: "Əsas hədəfimiz Çempionlar Liqasında qalib olmaqdır"

09:58 - 6 İyul 2023

PSJ-nin yeni baş məşqçisi Luis Enrike Fransa klubuna təyinatını şərh edib.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Paris təmsilçisinin əsas hədəflərindən söhbət açıb:

"Əsas hədəfimiz Çempionlar Liqasında qalib olmaqdır. Bu, mənim hazır olduğum ciddi sınaqdır. Biz oyunçulara şərait yaratmalıyıq ki, özlərini mümkün qədər yaxşı göstərsinlər".

PSJ Enrike ilə iki illik müqavilə imzalayıb.

Xəbər xətti