İspaniyada oynayan futbolçu Bakı klubunda

12:14 - 8 İyul 2023

Yeni mövsümə hazırlaşan "Səbail"in düşərgəsində baxışda olan futbolçular da var.

Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu düşərgəyə ötən mövsümü İspaniya aşağı liqasında keçirən Nazim Məmmədzadəni dəvət edib.

Yarımmüdafiəçi dünən "Kəpəz"ə(2:1) qarşı keçirilmiş yoldaşlıq görüşündə də meydana çıxıb. 

“Moralo”ya məxsus olsa da, qış fasiləsindən sonra “Marino Luanko”da icarə əsasında oynamış Məmmədzadənin “Səbail”də qalıb-qalmayacağı dəqiq deyil. Şahin Diniyev yaxın günlərdə onunla bağlı yekun qərarını verəcək. “Neftçi” yetirməsi olan Nazim “Renova”da da oynayıb.

Mirbağırağa

Xəbər xətti