"Atletiko"un hücumçusu Joao Feliks karyerasını Fransada davam etdirə bilər.
Sportal.az "AS"a istinadən xəbər verir ki, portuqaliyalı PSJ-nin hədəfindədir.
Madrid klubu futbolçuya görə 100 milyon avro tələb edir. Parislilər bu məbləği ödəmək istəmir.
Fransa nəhənginin rəsmiləri ən yaxşı halda qarşı tərəfə 70 milyon avro və bir futbolçusunu verə biləcəyini bildirib.
Feliks başa çatan mövsüm qış fasiləsindən sonra "Çelsi"yə icarəyə verilmişdi.