"Səbail" müdafiəçi ilə müqavilə imzaladı

15:21 - 9 İyul 2023

“Səbail” Cabir Əmirli ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, müdafiəçi növbəti mövsümdə də “dənizçilər”in formasını geyinəcək. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

Qeyd edək ki, Cabir Əmirli 2021-ci ilin yayından "Səbail"də çıxış edir. Sağ cinah müdafiəçisi son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti