"Səbail" Türkiyəyə getdi

17:24 - 10 İyul 2023

2023/2024-cü illər mövsümünə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Sportal.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

Bayıl təmsilçisi Ərzurumda “Polat Resort Palandöken Hotel”ində məskunlaşıb və bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.

"Səbail" burada "Ərzurumspor", "Konyaspor" və "Sivasspor"la yoldaşlıq oyunları keçirəcək.

Xəbər xətti