"Barselona"nın sabiq futbolçusu, Kolumbiya millisinin müdafiəçisi Yerri Mina karyerasını Fransada davam etdirmək imkanına sahibdir.
Sportal.az "Seman"ya portalına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Lans” və “Lill”dən təklif alıb.
Mina Fransaya yollanmaq ehtimalı haqda bunları deyib:
“Biz təklifləri təhlil edirik. Fransa, İtaliya və İngiltərə liqalarından olan klublar mənimlə əlaqə saxlayıb. Fransaya yollanmağa daha yaxınam? Bu, çox yaxşı variantdır. Amma mən sakitəm, qərar verməyə tələsmirəm".
Kolumbiyalının xidmətində "Lill" və "Lans" klublarının maraq dairəsindədir.
Xatırladaq ki, bu yay müdafiəçinin "Everton"la müqaviləsi başa çatıb, müqavilə yenilənməyib və hazırda Mina azad agent statusundadır. O, bundan əvvəl “Palmeyras” və “Santa Fe”də də oynayıb.
saytlarin hazirlanmasi