"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Fransada davam etdirə bilər.
Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, serbiyalı hücumçu PSJ-də oynamaq niyyətindədir.
Paris təmsilçisi Vlahoviç üçün 70 milyon avro ödəməyə hazırdır. Artıq tərəflər arasında danışıqlara start verilib. Maliyyə məsələsində razılıq əldə olunsa, Vlahoviç yeni mövsümə PSJ-də başlayacaq.
23 yaşlı futbolçu “Partizan” və “Fiorentina”da oynadıqdan sonra 2022-ci ildə “Yuventus”a keçmişdi.
saytlarin hazirlanmasi