"Çelsi"dən "Marsel"ə

14:51 - 18 İyul 2023

"Marsel" "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanqı transfer etməyə yaxındır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Fransa klubu qabonlu hücumçu ilə şəxsi müqavilə imzalayıb. O, 2026-cı ilə qədər "Marsel"ə məxsus olacaq.

Transferin baş tutması üçün klublar arasında danışıqlar davam edir. 34 yaşlı forvard “Milan”, “Lill”, “Monako”, “Borussiya”(Dortmund), “Arsenal”, “Barselona”da çıxış edib. Onun “Çelsi” ilə müqaviləsi qüvvədə olsa da, “zadəganlar”ın yeni çalışdırıcısı Maurisio Poçettono onu sərəncamında görmək istəməyib.
 

Xəbər xətti