Fransanın "Marsel" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi kapitanı Dimitri Payetlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Dimitri Payet "Marsel"ə 2017-ci ilin yanvar ayında "Vest Hem"dən transfer olunmuşdu. Fransalı ön xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi