PSJ-də Mbappe böhranı böyüyür: Klub yeni addımlar atdı

21:15 - 8 Avqust 2023

Fransanın PSJ klubunda Kilian Mbappe böhranı böyüməkdədir.

Sportal.az yerli mediaya istinadən xəbər verir ki, klubla yeni müqavilə imzalamaqdan imtina edən 24 yaşlı forvardın formasının rəsmi mağazalarda satışı dayandırılıb. Bundan başqa komandanın ev oyunlarını keçirdiyi stadionun divarlarında fransalı hücumçunun şəkili sökülüb.

Paris təmsilçisinin Mbappeni əsas komandanın məşqlərindən də uzaqlaşdıracağı gözlənilir.

Fransa millisinin üzvünün "Real"a keçmək istədiyi bildirilir.

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2018-ci ilin yayında "Monako"dan transfer edib. O, parislilərin heyətində meydana çıxdığı 260 rəsmi matçda 212 qol və 212 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti