Fransanın PSJ klubu hücumçu Kilian Mbappe ilə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi fransalı forvardı yenidən əsas komandaya qaytarıb. 24 yaşlı futbolçu kollektivlə birlikdə məşqlərdə iştirak edəcək.
Baş məşqçi Luis Enrike şans versə, ön xətt oyunçusu Liqa 1-in "Tuluza" ilə matçında meydana çıxacaq.
Qeyd edək ki, PSJ rəhbərliyi klubun yeni müqavilə təklifini qəbul etmədiyi üçün Kilian Mbappeni əsas komandadan kənarlaşdırmışdı.
saytlarin hazirlanmasi