Dramatik matçda "Barselona" qalib gəldi - VİDEO

09:54 - 28 Avqust 2023

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, son çempion "Barselona" səfərdə "Vilyarreal"ın qonağı olub. Dramatik keçən qarşılaşma Kataloniya təmsilçisinin 4:3 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Barselona" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Vilyarreal" isə 13-cü yerdədir.

"Vilyarreal" - "Barselona" 3:4

Qollar: Xuan Foyt, 26, Aleksandr Şörlot, 40, Aleks Baena, 50 - Qavi, 12, Frenki De Yonq, 15, Ferran Torres, 68, Robert Levandovski, 71

Xəbər xətti