Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Lion" Loran Blanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Loran Blan ötən ilin oktyabr ayından "Lion"u çalışdırırdı. Komanda cari mövsümdə ölkə çempionatında keçirdiyi 4 görüşün 4-də məğlub olub, 1 dəfə isə heç-heçə edib.
saytlarin hazirlanmasi