PSJ-nin futbolçusundan pis xəbər

20:19 - 27 Sentyabr 2023

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Nuno Mendeş uzun müddət komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

May ayından bəri zədəli olan 21 yaşlı sol cinah müdafiəçisi Finlandiyada əməliyyat olunacaq. Onun bərpa prosesi 4 ay çəkəcək.

Qeyd edək ki, PSJ Nuno Mendeşi 2021-ci ilin yayında Lissabon "Sportinq"indən transfer edib. Portuqaliyalı arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 69 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti