PSJ-nin qapıçısı Canluici Donnarumma karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan italiyalı qolkiper hədəfləri haqda məlumat verib. 24 yaşlı "əlcək sahibi" Çempionlar Liqasının və dünya çempionatının qalibi olmaq istədiyini bildirib:
"Çoxlu kuboklar qazanmaq istəyirəm. Hədəfim PSJ ilə Çempionlar Liqasının, İtaliya millisi ilə dünya çempionatının qalibi olmaqdır. Ümid edirəm bunları gerçəkləşdirə biləcəm. Xəyallarım üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında "Milan"dan PSJ-yə keçib. İtaliya millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi