Fransanın "Nitsa" klubunun futbolçusu Aleksis Beka Beka intihara cəhd edib.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Nitsa şəhərindəki A8 avtoyolunun üzərində olan "Manyan" körpüsünə çıxaraq özünü oradan atmaq istəyib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Polis və xilasedicilər fransalı oyunçunu fikrindən daşındırmağı bacarıblar. Futbolçunun sevgilisindən ayrıldığı üçün intihar etmək istədiyi bildirilir.
Qeyd edək ki, Aleksis Beka Bekanı 2022-ci ilin yayında Moskva "Dinamo"sundan 12 milyon avroya transfer edib. Fransa U-23 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi