PSJ-nin üzvləri Usman Dembele, Əşrəf Hakimi, Layvin Kurzava və Randal Kolo Muani cəzalandırılıblar.
Sportal.az xəbər verir ki, bu səbəb futbolçuların Liqa 1-in 5-ci turunun "Marsel"lə matçından sonra etdikləri hərəkətlər olub. Fransa Futbol Federasiyası homoseksualların əleyhinə şüarlar səsləndirdiyi üçün onları cəzalandırıb.
Dembele, Hakimi, Kurzava və Muani bir oyunluq diskvalifikasiya olunublar.
Qeyd edək ki, PSJ - "Marsel" qarşılaşması Paris təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi