Sabiq "Qalatasaray"lı Fransada işləyəcək

16:59 - 12 Oktyabr 2023

"Qalatasaray"ın sabiq futbolçusu və məşqçisi olmuş Albert Rieranın yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Fransada çalışacaq. O, "Bordo"nun baş məşqçisi təyin olunub. Məlumatı II Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

41 yaşlı məşqçi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Albert Riera son olaraq Lyublyana "Olimpiya"sını çalışdırıb. O, komanda ilə Sloveniya çempionluğunu qazanıb.

Xəbər xətti