Fransanın "Nitsa" klubunun futbolçusu Yusef Atal ağır cəza alıb.
Sportal.az xəbər verir ki, yerli federasiya əlcəzairli yarımmüdafiəçiyə 7 oyunluq cəza verib. Buna səbəb 27 yaşlı oyunçunun Fələstinə dəstək paylaşımı etməsidir.
Təcrübəli futbolçu həmçinin 100 min avro məbləğində cərimə olunub.
Yusef Atala həbs cəzası da verilə bilər. Fransa mətbuatının yazdığına görə futbolçunu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
saytlarin hazirlanmasi