Fransa klubu baş məşqçini istefaya göndərdi

17:46 - 29 Noyabr 2023

Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Nant" Pyer Aristui ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Pyer Aristui bu ilin may ayında "Nant"ın baş məşqçisi təyin olunmuşdu. Komanda fransalı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə ölkə çempionatında keçirdiyi 13 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 6 dəfə isə məğlub olub.

Xəbər xətti