Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Lion" Fabio Qrosso ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Fabio Qrosso bu ilin sentyabr ayında "Lion"un baş məşqçisi təyin olunmuşdu.
saytlarin hazirlanmasi