PSJ Fransa millisinin üzvü ilə müqavilə imzaladı

15:58 - 23 Dekabr 2023

Fransanın PSJ klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi Prensel Kimpembenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin üzvü 2026-cı ilin yayına kimi Liqa 1 klubunda qalacaq.

Qeyd edək ki, Prensel Kimpembe PSJ-nin yetirməsidir. 28 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib.

Xəbər xətti