Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Milan Şkrinyar sıradan çıxıb. Slovakiyalı futbolçu Fransa Super Kubokunun "Tuluza" ilə matçında zədələnib.
28 yaşlı arxa xətt oyunçusu ayaq biləyindən zədə alıb. Şkrinyar əməliyyat olunacaq. Onun mövsümün sonuna kimi oynamamaq ehtimalı var.
Qeyd edək ki, Milan Şkrinyar 2023-cü ilin yayında "İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Təcrübəli mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi