Mbappedən gələcəyi ilə bağlı açıqlama

14:59 - 5 Yanvar 2024

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu hələ qərar vermədiyini bildirib:

"Qazanmalı olduğumuz çempionluqlar var. Tam olaraq onlara köklənmişəm. Növbəti mövsümdə harada olacağım hələ bəlli deyil. PSJ ilə aramızda olan anlaşmaya hər iki tərəfin də sadiq qalmasına görə xoşbəxtəm".

Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 23 rəsmi matçda 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti