Ermənistan-Fransa ticarət-sənaye palatasının dəvəti ilə PSJ-nin səfiri Nikolya Anelka yanvarın 16-20-i aralığında Ermənistana gələcək.
Sportal.az xəbər verir ki, bu barədə Ermənistan-Fransa ticarət-sənaye palatası məlumat yayıb.
Fransalı futbolçunun səfəri çərçivəsində digər məsələlərlə yanaşı Ermənistanda beynəlxalq standartlara cavab verən Futbol Akademiyasının yaradılması da müzakirə olunacaq.
Qeyd edək ki, Nikolya Anelka futbolçu karyerası ərzində PSJ, "Arsenal", "Real", "Liverpul", "Mançester Siti", "Fənərbaxça", "Bolton", "Çelsi", "Şanxay Şenhua", "Yuventus", "Vest Bromviç" və "Mumbay Siti"də çıxış edib. Veteran hücumçu Fransa milli komandasının heyətində keçirdiyi 69 rəsmi matçda 14 qol vurub. Anelka karyerasını bitirdikdən sonra "Lill"in gənclər komandasında baş məşqçi, "Hyeres 83" klubunda isə idman direkoru kimi çalışıb.
saytlarin hazirlanmasi