PSJ-dən Mbappeyə fantastik təklif

19:27 - 17 Yanvar 2024

PSJ yayda müqaviləsi başa çatan Kilian Mbappeni komandada saxlamaqda israrlıdır.

Sportal.az xəbər verir ki, paris təmsilçisi fransalı hücumçuya illik 100 milyon avro maaş təklif edib. Bu barədə AS nəşri məlumat yayıb.

25 yaşlı forvard hələ ki, təklifə cavab verməyib.

Qeyd edək ki, Kilian Mbappenin "Real"a keçəcəyi ilə bağlı iddialar var.

Xəbər xətti